Sabah Şuşada hərbi yürüş keçiriləcək

Sabah Şuşada hərbi yürüş keçiriləcək

Hazırda oxunan: Sabah Şuşada hərbi yürüş keçiriləcək

143299

Sabah Bakı, Bərdə və Şuşada bayram münasibətilə hərbi yürüş keçiriləcək.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçiriləcək.
Hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, "dəyirmi masa"lar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunacaq, sənədli və bədii filmlər nümayiş etdiriləcək. 

Həmçinin şəhidlərimizin məzarları ziyarət olunacaq və onların ailələri ilə görüşlər keçiriləcək.

Eyni zamanda silsilə tədbirlər çərçivəsində Bakı, Bərdə və Şuşa şəhərlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri də təşkil olunacaq.

Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO