Balakəndə kitab sərgisi və oxu saatı keçirildi - FOTO

Balakəndə kitab sərgisi və oxu saatı keçirildi - FOTO

Hazırda oxunan: Balakəndə kitab sərgisi və oxu saatı keçirildi - FOTO

143287

Balakən rayon Mədəniyyət Mərkəzində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Oxu məni” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Balakən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Mədəniyyət Mərkəzinin birgə təşkil etdikləri “Oxu bayramı”nda rayonun yazarları, fəal oxucular, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə foyedə müxtəlif elm sahələrini əhatə edən kitablardan ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Vətənə və kitaba həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub. Yeniyetmə və gənclər tərəfindən Ulu Öndərlə bağlı səsləndirilən şeir və hekayələr böyük alqışlarlarla qarşılanıb.  
Çıxış edənlər Ümummilli Liderin çoxşaxəli fəaliyyətindən söz açıb, bilik mənbəyi olan kitabın geniş təbliğində belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO