Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Muncuqlu kəndi mütəmadi olaraq düşmən tərəfindən atəşə məruz qalan kəndlərdəndir. Düşmənin gülləsindən çəkinməyən yerli sakinlər öz ata-baba yurdlarında yaşayır, əkinçilik və heyvandarlığı inkişaf etdirirlər.
Bizim.Media xəbər verir ki, təsərrüfatlarında və həyət-bacalarında gündəlik yaz qayğıları ilə məşğul olan sakinlər ordumuza güvənir, düşmənlə üzbəüz illərdir mətin dayanıblar. 155 nəfər əhalisi olan Muncuqlu kəndi Ermənistanla sərhəddə yerləşir.
Çatax inzibati ərazi dairəsinin tərkibinə daxil olan Muncuqlu rayon mərkəzindən 27 km uzaqda, 1600 metr dəniz səviyyəsindən hündürlükdə yerləşir. Uzun illərdir ki, Ermənistan ordusunun bölmələri mütəmadi olaraq bu kəndi atəş altında saxlayıb. Lakin kənd sakinləri heç zaman ruhdan düşməyiblər. Sakinlər deyir ki, bu sərhəd kəndinin yaxşı turizm potensialı var. Yayda bura istirahətə gələnlərin sayı çoxalır.
“Kəndimiz sərhəddə yerləşməsinə baxmayaraq, sakinlər əkinçilik və maldarlıqla məşğuldur. Qaz, işıq və digər infrastruktur qurulub, yeni məktəb inşa edilib. Ucqar kənddə yaşamağımıza baxmayaraq, hər kəs öz işi ilə məşğuldur”, - deyə kənd sakini Vüqar Məhərrəmov bildirib.
Hər il bu kənddə təxminən 4-15 tondan çox kartof istehsal olunur. Ət və süd məhsulları da istehsal edən sakinlər təsərrüfatlarından əldə etdikləri qazancla dolanırlar. Sıldırım qayalar arasında, dağların qoynunda yaşayan sakinlər 30 ildən çoxdur ki, düşmənin hər cür fitnə-fəsadına baxmayaraq, bir gün də olsun öz ənənəvi təsərrüfat işlərindən qalmayıblar. Yayda məhsul toplayıb, qışa tədarüklərini görürlər. Beləcə bu balaca sərhəd dağ kəndində həyat öz axarı ilə davam edir.
“Sərhəddə yaşamağımız bizi heç nədən qorxutmur. Biz ordumuza, Ali Baş Komandanımıza güvənirik. Kəndimizin gözəl təbiəti var”, - deyə kənd sakini Sürayyə Alıyeva qeyd edib.
Muncuqludan uzaq olmayan sərhəddə keşik çəkən ordumuzun əsgərləri gecəli-gündüzlü ayıq-sayıq vətən torpağının keşiyini çəkir. Bu da sakinlərin həm əhval-ruhiyyəsini artırır, həm də rahat yaşamalarını saxlayır. Əsrarəngiz təbiəti olan bu dağ kəndi yay fəslində həm də istirahət üçün gələn qonaqlarının yolunu gözləyir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:05 / 25.06.2023
Ermənilərin mütəmadi atəşə tutduğu Muncuqlu kəndi - FOTO
Hazırda oxunan: Ermənilərin mütəmadi atəşə tutduğu Muncuqlu kəndi - FOTO
Hazırda oxunan: Ermənilərin mütəmadi atəşə tutduğu Muncuqlu kəndi - FOTO
143216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.