Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

Hazırda oxunan: Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

143145

Azərbaycanla Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib. 

Bildirilib ki, Baş nazirin müavini Əli Əhmədov bu gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun müavini Hasan Kleyb ilə görüşüb. 

Görüşdə Azərbaycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında uğurlu tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub. Azərbaycanda əqli mülkiyyət sahəsində aparılan ardıcıl islahatlar barədə məlumat verilib.

Dövlət başçısı tərəfindən iqtisadiyyatın davamlı inkişafının, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasının və insan kapitalına investisiyaların qoyuluşunun başlıca strateji məqsədlərdən biri kimi müəyyənləşdirildiyi vurğulanıb. 
Görüş əsnasında həmçinin ölkəmizlə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO