Priqojin qiyama HAZIRLAŞIR: “Vətənpərvərlər küçələrə çıxsın, biz sizə silah tapacağıq”

Priqojin qiyama HAZIRLAŞIR: “Vətənpərvərlər küçələrə çıxsın, biz sizə silah tapacağıq”

Hazırda oxunan: Priqojin qiyama HAZIRLAŞIR: “Vətənpərvərlər küçələrə çıxsın, biz sizə silah tapacağıq”

143039

“Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojin əhalini Rusiya Müdafiə Nazirliyi ilə mübarizəyə səsləyib. 

Bizim.Media xəbər verir ki, Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 minlik dəstəsi ilə Rostovdan Moskvaya yürüşə başladığını elan edib. 

“Rusiyanın bütün vətənpərvərləri, dövlətin maraqlarına xəyanət edən zəif hakimiyyətin pərəstişkarları deyil, tarixi bilən ölkənin əsl vətənpərvərləri küçələrə çıxsın, biz sizə silah tapacağıq. 

Bu gecə Rusiyanın şərəfini ləkələyən satqınların, cinayətkarların məsələsini həll edəcəyik. Onların adları Şoyqu (Rusiyanın müdafiə naziri Sergey Şoyqu - red.) və Gerasimovdur (Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov - red.). 

"Şoyqu Qızıl Meydanda asılacaq və Leninlə birlikdə məqbərədə uzanacaq”, - deyə Priqojin bildirib. 

Qeyd edək ki, Y.Priqojin bu gün yayılmış səs yazısında Rusiya Müdafiə Nazirliyinin “Vaqner” qruplaşmasını artileriya atəşinə tutduğunu və döyüşçülər arasında ölənlər olduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi isə Priqojinin iddialarını təkzib edib. Kremlin sözçüsü Dmitri Peskov baş verənlər barədə Prezident Vladimir Putinə məruzə olunduğunu bildirib. 

Rusiya Federal Təhlükəsizlik Xidməti bu bəyanatları ilə əlaqədar və silahlı üsyana çağırış faktı üzrə Priqojinə cinayət işi açıb. Ondan qanunsuz hərəkətlərə dərhal son qoyulması tələb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO