Azərbaycanın Xalq rəssamı vəfat etdi

Azərbaycanın Xalq rəssamı vəfat etdi

Hazırda oxunan: Azərbaycanın Xalq rəssamı vəfat etdi

14301

Azərbaycanın Xalq rəssamı Mirnadir Zeynalov vəfat edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Rəssamlar İttifaqının (ARİ) sədri, Xalq rəssamı Fərhad Xəlilov məlumat verib.

O, rəssamın uzun sürən xəstəlikdən vəfat  edib.

M.Zeynalov 12 noyabr 1942-ci ildə Buzovna kəndində doğulub. 1963-сü ildə ilk peşə təhsili olan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib. ARİ və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvü olub.

M.Zeynalovun peşəkar boyakarlıq karyerası 1970-ci illərdən başlayıb. Rəssam fəaliyyətinin  ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlayıb.

O, 1987-ci ildə Hindistanda yaradıcılıq ezamiyyətində olarkən "Çay kənarı", "Hind məbədi", "Hind həyəti" kimi peyzajları, həmçinin, "Benqal qızı", "Vasantanın portreti", "Müqəddəs öküz ilə qız" kimi bir sıra qadın portretlərini yaradıb. 

Onun əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anceles və başqa şəhərlərdə sərgilənib, 2013-cü ildə Londondakı "Sothbeys" auksionunda dəyər qazanıb.  Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanılır.

Allah rəhmət eləsin. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO