Rusiyadan gətirilən hind quşu əti istehlaka yararsız ÇIXDI - FOTO

Rusiyadan gətirilən hind quşu əti istehlaka yararsız ÇIXDI - FOTO

Hazırda oxunan: Rusiyadan gətirilən hind quşu əti istehlaka yararsız ÇIXDI - FOTO

143005

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir. 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, həmin tədbirlər çərçivəsində “Lime and Co” MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan “PenzaMolinvest” MMC-nin istehsalı olan 1039,5 kiloqram dondurulmuş hind quşu budu məhsulundan götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb. 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO