Ermənipərəst jurnalist Semyon Peqovun adı Aİ-nin qara siyahısına DAXİL EDİLDİ

Ermənipərəst jurnalist Semyon Peqovun adı Aİ-nin qara siyahısına DAXİL EDİLDİ

Hazırda oxunan: Ermənipərəst jurnalist Semyon Peqovun adı Aİ-nin qara siyahısına DAXİL EDİLDİ

143000

 Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiya paketi tətbiq edib.  

Bizim.Media xəbər verir ki, rusiyalı hərbi müxbir Semyon Peqovun adı da Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısına daxil edilib. 

Peqovdan əlavə, digər hərbi müxbirlər Mixail Zvinçuk, Aleksandr Sladkov, Olqa Belova və başqaları da Aİ-nin arzuolunmaz şəxslər siyahısına daxil ediliblər. 

Siyahıda ümumilikdə 33 Rusiyaya məxsus şirkət və 71 Rusiya vətəndaşının, o cümlədən qubernatorların və jurnalistlərin adları daxil edilib. 

Bundan başqa, siyahıya Krasnoyarsk vilayətinin keçmiş qubernatorunun oğlu Artyom Uss, sabiq baş prokuror Yuri Çaykanın oğulları da daxildir. 

Qeyd edək ki,“WarGonzo” agentliyinin rəhbəri, hərbi jurnalist Semyon Peqov İkinci Qarabağ müharibəsində ermənipərəst mövqeyi ilə seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO