Keyfiyyətli çayı necə ayırd etmək olar? – Ekspertdən MÜHÜM TÖVSİYƏLƏR 

Keyfiyyətli çayı necə ayırd etmək olar? – Ekspertdən MÜHÜM TÖVSİYƏLƏR 

Hazırda oxunan: Keyfiyyətli çayı necə ayırd etmək olar? – Ekspertdən MÜHÜM TÖVSİYƏLƏR 

142989

Çay artıq xalqımızın milli içkisinə çevrilib desək, yəqin ki, yanılmarıq. Təkcə soyuq qış günlərində yox, isti yay günlərində də çay bir çoxumuz üçün əvəzolunmaz içkidir.  

Ancaq bəzi çayları içməkdənsə, içməmək daha faydalıdır. Niyəsi isə keyfiyyətsiz və qatqılı çayların sonradan səhhətimizdə yaratdığı problemlərdir. Mütəxəssislər çay içməyin insana faydalı olduğunu bildirsələr də, alarkən diqqətli olmağı da məsləhət görürlər.  

Kiçik araşdırma apararaq şahidi olduq ki, dünyada böyrək, ürək, qaraciyər, mədə və bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Bəzən çayı içəndən sonra diqqət etsək görərik ki, fincanın üzərində ləkələr qalır. Bu isə çayın keyfiyyətinə şübhələr yaradır. 

Bəs çay alarkən hansı məqamlara diqqət yetirmək lazımdır? 

Bizim.Media-nın sualını cavablandıran Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirir ki, çay faydalı hesab olunsa da müəyyən amillərə diqqət yetirmədikdə orqanizm üçün fəsadlar yarada bilər: 

“Ümumiyyətlə, çay keyfiyyətli və təbii olduğu şəkildə gün ərzində 2 və ya 3 fincan qəbul etmək insan orqanizmi üçün çox faydalıdır. Yaxşı olar ki, çay seçərkən mütləq şəkildə onun keyfiyyətinə diqqət edək. Rrənginə, dadına və emal üsuluna görə çayın keyfiyyəti təyin olunur. Eyni şəkildə dəmləmə prosesi də önəmli rol oynayır.  

Çünki bəzən olur ki, keyfiyyətli çay olsa belə düzgün dəmləmirlər. Yaxud da artıq dəmləmədən sonra uzun müddət istifadə edirlər ki, bu da doğru deyil. Təzə çayı dəmləndikdən sonra 20 dəqiqə ərzində içilməlidir. Bu müddəti keçibsə, yenidən dəmlənməlidir.  

Əgər hər hansı sağlamlıq problemi olanlar, xüsusilə də yüksək təzyiq, qaraciyər, böyrək daşı və kəskin mədə xəstəlikləri, revmatizmadan əziyyət çəkən insanlara gün ərzində 1 stəkandan artıq çayın içilməsi tövsiyə olunmur. Yaxşı olar ki, həmin insanlar su içsinlər”. 

Ekspert bildirir ki çay alarkən keyfiyyətli çayı özümüz də ayırd edə bilərik: 

“Əgər çayın  qoxusu həddindən artıq ətirlidirsə və həddindən artıq çox gəlirsə, bu müəyyən qatqıların vurulduğu və bir çox hallarda aramatizatorların və dadlandırıcıların vurulduğunu göstərir ki, bu kimi çayların içilməsi tövsiyə olunmur. Çünki həmin kimyəvi qatqılar həm allergik reaksiyaların əmələ gəlməsilə yanaşı orqanizmdə funksiyalarin pozulmasına gətirib çıxarır. 

Keyfiyyətli çayı seçmək üçün birinci növbədə onun ətrinə diqqət yetirmək lazımdır. Çayın qoxusu mülayim, xoşagələn olmalı, kəskin olmamalidir. Həmçinin günlük normanı da keçməmək lazımdır. Çayı səhər yeməyində, günün birinci yarısında və günort yeməyindən sonra içmək daha yaxşıdır”.  

Məshəti Hüseynova bədəndə maye balansını təmin edən suyun da çaya görə qida rasionundan çıxarılmamasını tövsiyə edir: 

“Gün ərzində orqanizmin maye balansını təmin edən su mütləq şəkildə qəbul edilməlidir.  Yəni qebul etdiyimiz çay və digər içkilər var ki, onlar həmin maye balansına aid deyil. Ona görə də  çay içdikdən sonra hər bir fincanın qarşılığında 1 stəkan suyun içilməsi tövsiyə olunanur”. 

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO