Cavid Qurbanov ABŞ-lı diplomatla görüşdü

Cavid Qurbanov ABŞ-lı diplomatla görüşdü

Hazırda oxunan: Cavid Qurbanov ABŞ-lı diplomatla görüşdü

14297

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müavini Maykl Dikerson ilə görüş keçirilib.

QSC-dən Bizim.Media-ya bildirilib ki, “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov qonağa dəmir yollarında həyata keçirilən infrastruktur layihələri, islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətindən danışıb. 

Bildirib ki, “Şərq-Qərb”, “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizləri kimi mühüm layihələrdə fəal iştirakı Azərbaycanı Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi tanıdır.

Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya yüklərin çatdırılma müddətini azaltmaq məqsədi daşıyan “Şimal-Cənub” dəhlizi Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadəni zəruriləşdirir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun fəaliyyətinə də diqqət çəkən C.Qurbanov qeyd edib ki, marşrut boyunca vaqonla daşınan 10-dan çox yük növünə 28 marşrut üzrə güzəştli tariflər, həmçinin konteyner və vaqon daşımalarında vahid qiymət və texnologiya tətbiq olunur.

Bildirilib ki, hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından maksimal dərəcədə istifadə etmək üçün işlər aparılır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa marşrut hesab edilir. 2021-ci ildən ilk dəfə olaraq BTQ vasitəsi ilə ixrac yüklərin nəqlinə başlanılıb.

ABŞ-ın Azərbaycandakı səfirinin müavini M.Dikerson isə Azərbaycanda dəmir yolu infrastrukturunun yaxşılaşdırılması, beynəlxalq yükdaşıma istiqamətində mövcud dəhlizlər barədə verilən ətraflı məlumata görə təşəkkürünü bildirib.

Pandemiya şəraitinə baxmayaraq, hazırda Azərbaycan dəmir yolları ilə əməkdaşlıq edən Amerika şirkətlərinin mövcud əlaqələrin daha da möhkəmlənməsi və bu sahəyə yeni şirkətlərin cəlb edilməsində maraqlı olduqlarını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO