“Onik Qasparyan bu gündən vəzifəsindən azad edilmiş sayılır” – PAŞİNYAN

“Onik Qasparyan bu gündən vəzifəsindən azad edilmiş sayılır” – PAŞİNYAN

Hazırda oxunan: “Onik Qasparyan bu gündən vəzifəsindən azad edilmiş sayılır” – PAŞİNYAN

14278

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan 10 mart tarixindən etibarən vəzifəsindən azad edilmiş sayılır, çünki prezident bu mövzuda Baş nazir tərəfindən təqdim edilmiş fərman layihəsini imzalamayıb və qanunla müəyyən edilmiş müddətdə Konstitusiyaya müraciət etməyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” nəşri Ermənistan hökumətinin saytına istinadən yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Armen Sarkisyanın ingilis nağıllarına inanmayın” – Keçmiş ədliyyə naziri


Bəyanatda qeyd olunur ki, “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” Qanunun müddəalarını rəhbər tutaraq, 25 fevral 2021-ci ildə prezidentə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı vəsatət təqdim edilib.

27 mart 2021-ci ildə Nazirlər Kabinetinə bu layihə ilə bağlı etirazlar daxil olub. Ancaq prezidentin etirazı Baş nazir tərəfindən qəbul edilməyib və 28 fevralda sənəd yenidən prezidentə göndərilib.

“Prezidentin Baş nazir tərəfindən təqdim olunan layihəni imzalamamasını və “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” Qanunun 35.1-ci maddəsinin 3-cü hissəsində müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etməməsini nəzərə alaraq Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın 10 mart 2021-ci ildən etibarən vəzifəsindən kənarlaşdırıldığı qəbul edilir ", - deyə Ermənistan Baş nazirinin bəyanatında deyilir. 

Bir gün əvvəl Ermənistan Prezidentinin administrasiyası bəyanat yayaraq Armen Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanla bağlı Konstitusiya Məhkəməsinə müraciəti üçün son tarixin olmadığını qeyd edib. 

Bəyanatda vurğulanır ki, respublika prezidenti tezliklə Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Xatırladaq ki, 25 fevralda Silahlı Qüvvələrin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb etdikdən sonra Ermənistanda daxili siyasi böhran daha da kəskinləşib.

Baş nazir bunu çevriliş cəhdi kimi qəbul edib və Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə sənəd hazırlayıb.

Ancaq prezident Armen Sarkisyan bu sənədi imzalamayıb və Baş nazirlik ofisinə geri göndərib.

Hökumət başçısı vəsatəti yenidən prezidentə göndərib. Prezident isə bu məsələnin həm hüquqi prosedurlar, həm də konstitusiya məsuliyyəti və siyasi nəticələri baxımından Baş nazirin səlahiyyətində olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO