“100 il” adlı gənc rəssamların qrup sərgisi KEÇİRİLDİ - FOTO

“100 il” adlı gənc rəssamların qrup sərgisi KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: “100 il” adlı gənc rəssamların qrup sərgisi KEÇİRİLDİ - FOTO

142762

İyunun 21-dən 22-dək “Davam” Gənclər Hərəkatı və “ArtCoLab” Yaradıcı Gənclər Platformasının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Gənclər Fondu və Muzey Mərkəzinin tərəfdaşlığı ilə “100 il” adlı gənc rəssamların qrup sərgisi keçirilib. 

“Davam” Gənclər Hərəkatından Bizim.Media-ya bildirilib ki, sərgi Muzey Mərkəzində yerləşən Sərgi qalereyasında açılıb və 31 gənc rəssam tərəfindən ərsəyə gələn 45 əsər ictimaiyyətə təqdim olunub.

Bu əsərlərdə Azərbaycan mədəniyyətinin ən böyük himayədarı və qayğıkeşi olmuş Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif anları nümayiş olunub. 






Sərgilənən əsərlərin əksəriyyəti kətan üzərində yağlı boya, bir hissəsi isə kağız üzərində qara qələmlə işlənmiş müxtəlif mövzulu əsərlər olub. 

Açılış mərasimində "Heydər Əliyev” ordenli heykəltəraş Ömər Eldarov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Muzey Mərkəzinin direktoru Liana Vəzirova, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Mədəniyyət Nazirliyinin Muzey, sərgi və qalereyalar şöbəsinin müdiri vəzifəsini icra edən Altun Mikayıllı, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin ictimai inkişaf sektorunun müdiri Samir Mehralıyev, Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, "ArtColab" Yaradıcı Gənclər Platformasının rəhbəri Çinarə Quliyeva, "ArtColab" Yaradıcılıq Mərkəzinin müəllimi və layihə koordinatoru Casiyət Abdullayeva, ictimai xadimlər, gənc rəssamlar və kreativ sənayedə çalışan menecerlər iştirak edib. 

İlk olaraq aparıcı Aysel İbrahimova qonaqları salamlayaraq tədbiri açıq elan edib. Sonra isə “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı açılış nitqi ilə çıxış edib və sərgi ilə bağlı ətraflı məlumat verib.


Öz növbəsində Ömər Eldarov, Aydın Mirzəzadə, Ağaəli İbrahimov, Casiyət Abdullayeva çıxış edərək sərgi haqqında fikirlərini bölüşüblər. 

Tədbirin sonunda gənc rəssamların təltifolunma mərasimi keçirilib. 

Daha sonra sərginin rəmzi açılışı olan qırmızı lent kəsilib və qonaqlar sərgi ilə tanış olublar.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO