Kurt Kobeynin saç telləri satıldı - 14 min dollara...

Kurt Kobeynin saç telləri satıldı - 14 min dollara...

Hazırda oxunan: Kurt Kobeynin saç telləri satıldı - 14 min dollara...

142603
Nirvana qrupunun yaradıcısı, 27 yaşında dünyasını dəyişən ifaçı Kurt Kobeynin saç telləri satılıb.

Sfera.az bildirir ki, ABŞ-da satışa çıxarılan 6 ədəd saç teli 14 min 145 dollara alınıb. Məlumata görə, həmin saç telləri 1989-cu ildə - Nirvananın bütün dünyada tanınmasından bir il əvvəl kəsilən parçalardan ibarətdir.

Həmin zaman Tessa Osburn adlı şəxs əfsanəvi sənətçinin saçını kəsib və özündə saxlayıb. O, Kobeynin ölümündən sonra saç tellərini sənətçi Nikol Depoloya, o isə, "tarixi saçlar” kolleksiyası ilə "Ginnesin Rekordlar kitabı"na düşən Con Reznikofa verib. Beləliklə, saçlar Reznikof vasitəsilə satışa çıxarılıb.
 
Türkan
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO