Gürcüstan Ermənistana “Şərab müharibəsi” elan etdi

Gürcüstan Ermənistana “Şərab müharibəsi” elan etdi

Hazırda oxunan: Gürcüstan Ermənistana “Şərab müharibəsi” elan etdi

14258

Artq bir müddətdir ki, Gürcüstan və Ermənistan arasında “Şərab müharibəsi” başlayıb. 

Bizim.Media xəbər verir ki, rəsmi Tbilisi Rusiya bazarlarında Qafqaz istehsalı şərab məhsullarının monitorinqini aparan zaman Ermənistanın saxtakarlıqlarını aşkar edib.

Məlum olub ki, müxtəlif gürcü şərab brendləri Ermənistanın istehsalı adı altında mağazalarda satılır. Bəzi məşhur brendlər isə hətta köklü şəkildə əsl erməni malı kimi təqdim edilir.

 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan saxtakarlığa görə erməni şərablarının tranzitini dayandırdı – Ermənilər şokda


Gürcüstan hökumətinin araşdırması zamanı hətta qablaşdırılımanın bu ölkəyə aid olduğu, amma içərisindəki məhsulun isə brendin adına xələl gətirən Ermənistandan ixrac edilən açıq ucuz şərablardan doldurulduğu da aşkarlanıb.

Bu da gürcü məhsullarının markasına zərər vurmaq kimi qiymətləndirilib.

Bundan sonra rəsmi Tbilisi tərəfindən bəzi sərt addımların atılmasına başlanılıb. Onlar öz ərazilərindən keçən Ermənistan şərablarının monitorinqinə start veriblər. Həmin faktı dolayısı ilə Ermənistan tərəfi də etiraf edib.

“Gürcüstan bəzi növ erməni şərablarının Rusiyaya ixracı üçün problem yaradır”, deyə martın 9-da Ermənistanın Milli Şərabçılıq Mərkəzinin sədri Avak Arutyunyan erməni KİV-lərinə məlumat verib.

Onun sözlərinə görə, Gürcüstana Ermənistanın "Kaxet" və "Mşxali" üzüm çeşidlərindən istehsal olunmuş şərabların gətirilməsi qadağan olunub. Bu məhsullar isə Gürcüstan üzərindən Rusiyaya daşınmalı idi.

Arutyunyan deyib ki, problemin nə vaxt həll olunacağı ilə bağlı onda hər hansı təsəvvür yoxdur, amma problemlər var və onlar yoxlamalarla bağlıdır:

 

"Gürcüstan tərəfi hesab edir ki, potensial müştərilər aldadılır, çünki erməni şərabları guya gürcü üzüm çeşidlərindən hazırlanmış şərablara bənzəyir. Lakin nə "Kaxet", nə də "Mşxali" gürcü növü deyil. Gürcülər hesab edirlər ki, biz onların qanunvericiliyini pozuruq”.


O, bu cür hadisələrin pis nəticələr verəcəyinə işarə edərək bildirib ki, qarşılıqlı ittihamlar başqa sahələrə də keçə bilər.

Gürcüstan tərəfi isə hər hansı artıq şərh vermək istəmir, sadəcə erməni şərabların Rusiyaya daşınmasını dayandırmaqla araşdırma aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO