Ermənistanda siyasi opponentləri qaralamaq üçün “azərbaycanlı” və “türk” ifadələrindən istifadə EDİLİR

Ermənistanda siyasi opponentləri qaralamaq üçün “azərbaycanlı” və “türk” ifadələrindən istifadə EDİLİR

Hazırda oxunan: Ermənistanda siyasi opponentləri qaralamaq üçün “azərbaycanlı” və “türk” ifadələrindən istifadə EDİLİR

142549

ECRI-nin Ermənistan üzrə hazırladığı növbəti hesabatda isə ölkənin siyasi və ictimai həyatında vaxtaşırı olaraq nifrət nitqi ilə bağlı insidentlərin, o cümlədən zorakılığa çağırış hallarının baş verdiyi qeyd olunub.

Bu barədə Bizim.Media-ya XİN-dən bildirilib.

“Bu xüsusda, nifrət nitqinə misal olaraq Ermənistanda daxili bölünmələrə yol açmaq və sülh danışıqlarına əngəl törətmək məqsədilə siyasi opponentlərin qaralanması üçün “azərbaycanlı” və “türk” ifadələrindən istifadə edildiyi bildirilib. Bununla yanaşı, Ermənistanda azərbaycanlı icmasının artıq mövcud olmadığı, ölkədə yaşayan və ya ziyarətə gələn türklərin isə sayının naməlum olduğu vurğulanıb”, - məlumatda vurğulanır.

Qeyd edək ki, Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRI) Azərbaycan və Ermənistan üzrə növbəti hesabatları açıqlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO