Zaqatalalı qadınlar ilk dəfə “Kənddən şəhərə” LAYİHƏSİNDƏ - FOTO 

Zaqatalalı qadınlar ilk dəfə “Kənddən şəhərə” LAYİHƏSİNDƏ - FOTO 

Hazırda oxunan: Zaqatalalı qadınlar ilk dəfə “Kənddən şəhərə” LAYİHƏSİNDƏ - FOTO 

142456

Ölkəmizdə ilk dəfə fəaliyyətə başlayan qadın kooperativləri sırasında yer alan Zaqatalanın qadın qrupları “Kənddən şəhərə” layihəsində yer alıb.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Zaqatalada fəaliyyət göstərən qadın kooperativinin rəhbəri Səadət Dibirova məlumat verib.  

Kooperativ rəhbərinin sözlərinə görə, onlar Kənd Təsərrüfatı nazirliyinin təşkil etdiyi bir sıra yerli və beynəlxalq sərgilərdə iştirak edərək kənd qadınlarının əllərindən çıxan bir çox məhsulları nümayiş etdiriblər.

Bu dəfə isə Zaqatalanı təmsil edən “ÇİNAR”, “NƏRGİZ” və “ASİL” Qadın kooperativləri Kənd təsərrüfatı nazirliyinin təşkil etdiyi " Kənddən şəhərə" yarmarkasında öz məhsullarının nümayişini və satışını təşkil edib.  

Belə sərgilərin təşkilini yüksək qiymətləndirən Səadət Dibirova paytaxt sakinlərinə təmiz və ekoloji məhsulları çatdırmaqla həm maliyyə vəziyyətlərini yaxşılaşdırdıqlarını həm də bazara birbaşa çıxış əldə etdiklərini bildirib.  
Zaqatalanın qadın kooperativləri qarşıdakı sərgilərdə də keyfiyyətli və ucuz məhsullarını təqdim etməyə hazırlaşır.  








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO