Doktorantların və gənc tədqiqatçıların elmi konfransı KEÇİRİLƏCƏK

Doktorantların və gənc tədqiqatçıların elmi konfransı KEÇİRİLƏCƏK

Hazırda oxunan: Doktorantların və gənc tədqiqatçıların elmi konfransı KEÇİRİLƏCƏK

142405

 10-11 noyabr 2023-cü il tarixlərində doktorantların və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransı keçiriləcək. 

Bizim.Media-ya bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutunundan məlumat verilib.

Konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. 
Konfrans riyaziyyat və təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər istiqamətləri üzrə təşkil ediləcək. 

Konfransda Azərbaycanın elm və təhsil müəssisələrindən, eyni zamanda xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrindən olan azərbaycanlı doktorant və gənc tədqiqatçılar tezislə iştirak edə bilərlər.  

Tezislə müraciət üçün aşağıdakı keçiddən istifadə edilməlidir:

//forms.gle/iE59NJa1akd4aDYa7


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO