“Gəlin, özümüzü aldatmayaq, Qarabağ məsələsində müttəfiqimiz yoxdur".
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında səsləndirib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi sadəcə bir kağız parçası sayılmırdı və onları yaddaşlardan silmək heç də asan deyildi.
Paşinyan deyib ki, Qarabağ üzrə danışıqlar prosesində əsas hadisələrdən biri ATƏT-in 1996-cı ildəki Lissabon sammiti və birinci prezident Levon Ter-Petrosyanın dərc etdiyi "Müharibə və ya sülh. Özünə gəlmək anı" məqaləsidir:
"Əslində Ter-Petrosyan qeyd edib ki, status-kvo uzun sürə bilməz, özümüzü aldatmayaq, Qarabağ məsələsində müttəfiqimiz yoxdur. O, diqqəti Qarabağın erməni ərazisi kimi qalmasına yönəltməyi təklif edib, lakin hansı statusda (Ermənistanın, yoxsa Azərbaycanın tərkibində) olmasını açıqlamayıb”.
Paşinyan vurğulayıb ki, ancaq ekspertlər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Azərbaycanın 7 rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalını şərtləndirən 4 qətnaməsində qoşunların dərhal və ilkin şərt olmadan çıxarılmasının tələb olunduğunu açıq şəkildə açıqlamayıblar:
"Sənəddə ərazilərin güc tətbiq etməklə ələ keçirilməsi qəbuledilməz hesab edilib, Qarabağ “Azərbaycan Respublikasının bölgəsi” adlandırılıb".
Bizim.Media
- A-
- A
- A+
Region
15:45 / 20.06.2023
Paşinyan: "Qarabağ məsələsində müttəfiqimiz yoxdur"
Hazırda oxunan: Paşinyan: "Qarabağ məsələsində müttəfiqimiz yoxdur"
Hazırda oxunan: Paşinyan: "Qarabağ məsələsində müttəfiqimiz yoxdur"
142393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.