İki gün öncə Xızıda batan avtobus ÇIXARILDI

İki gün öncə Xızıda batan avtobus ÇIXARILDI

Hazırda oxunan: İki gün öncə Xızıda batan avtobus ÇIXARILDI

142357

İki gün öncə Xızı rayonunun Gimçi kəndi ərazisində batan avtobus çıxarılıb.

Xızı rayon icra hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, avtobus Bakıya aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xızıda avtobusda köməksiz qalan 24 nəfər belə xilas EDİLDİ – ÖZƏL - FOTO/VİDEO  


Bildirilib ki, Bakı sakini olan sürücü sel nəticəsində kənd yolunda batıb qalmış "Hundai" markalı avtobusu özü gəlib çıxarıb. 

Həmçinin avtobusun Bakıdakı özəl şirkətlərdən birinə məxsus olduğu deyilir.

Xatırladaq ki, iyunun 18-də Bakının Yasamal rayonundan 24 nəfəri Xızının Gimçi kəndindəki pirə gətirmiş avtobus sel nəticəsində yolda qalmışdı. FHN-nin xilasediciləri tərəfindən insanlar xilas edilib evlərinə göndərilsə də nəqliyyat vasitəsi ərazidə qalmışdı.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO