“Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi”nin açılış mərasimi KEÇİRİLDİ - FOTO

“Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi”nin açılış mərasimi KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: “Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi”nin açılış mərasimi KEÇİRİLDİ - FOTO

142354

19 iyun tarixində “Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi”nin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. 

Mərasimdə Mingəçevir Şəhər İH-nin başçısı İlham İsmayılov, AR-nın Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, AR-nın Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin ictimai inkişaf sektorunun müdiri Samir Mehralıyev, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, "Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Təşkilat Komitəsinin nümayəndələri, gənclər iştirak edib. 


Bildirilib ki, layihənin ötən iki günü ərzində İT üzrə mütəxəssis və təlimçi Azər Sanılının təqdimatında "İT sahəsində karyera imkanları" mövzusunda ilk təlim keçirilib.

Həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərlinin moderatorluğu və influnserlər Mehin Oktaylı, Apruza Əliyeva, Xatirə Yüzbəyovanın iştirakı ilə "Sosial media, influnserlik fəaliyyəti və yeni trendlər" mövzusunda ilk panel müzakirə baş tutub.

Layihə çərçivəsində birinci günün sonu açılış münasibəti ilə "Welcome Party", ikinci günün sonu isə "Enerjini Paylaş" devizli mədəni-kütləvi tədbirlə başa çatıb. 


Qeyd edək ki, 100-dən çox gəncin iştirak etdiyi “Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi” Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Mingəçevir şəhərində yerləşən “Kür Hotel”də  baş tutub.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO