Erməni politoloq : “Akopyan ordu üçün narahatlıq yaradır”

Erməni politoloq : “Akopyan ordu üçün narahatlıq yaradır”

Hazırda oxunan: Erməni politoloq : “Akopyan ordu üçün narahatlıq yaradır”

1423

“Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 13 qadınla təlim keçib cəbhəyə getmək niyyəti özünüreklamdır”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri, Milli Təhlükəsizlik partiyasının sədri Qarnik İsaqulyan deyib.

Akopyanı sərt tənqid edən İsaqulyan deyib ki, indi piar kampaniyasının zamanı deyil.

"Düşünürəm ki, Anna Akopyan cəbhə bölgəsinə getməsə daha yaxşıdır və cəbhədə dayanan ordu üçün yersiz narahatlıqlar yarada bilər. Bu, düzgün və yerində olan addım deyil”

Partiya sədri bildirib ki, mühafizəçilər onun təhlükəli bölgəyə girməsini qadağan etməlidir:

“Sadəcə bu, qadağan olunmalıdır. Mühafizəçilərin vəzifəsi budur. Əgər bunun əksi olsa, deməli, onlar vəzifələrini plana uyğun olaraq yerinə yetirmir və Anna Akopyan tərəfindən təzyiqlərə məruz qalırlar. Bu halda isə sadəcə xidmət edə bilməzlər".

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO