Məşhur nəşr Azərbaycanın mina problemindən YAZDI

Məşhur nəşr Azərbaycanın mina problemindən YAZDI

Hazırda oxunan: Məşhur nəşr Azərbaycanın mina problemindən YAZDI

142203

“Ermənistan Azərbaycan ərazisində 1,5 milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsi başa çatandan indiyədək 302 mülki azərbaycanlı mina partlayışlarının qurbanı olub, onlardan 57-si həyatını itirib, 245-i isə ağır yaralanıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində yazıb. 

“Minalar hər il təxminən 5000 insanı öldürür və ya şikəst edir, artıq onları qadağan etməyin vaxtıdır” sərlövhəli məqalədə Ukrayna və Cənubi Qafqazdakı münaqişələrdən tutmuş Əfqanıstan, Holan təpələri və ərəb dünyasındakı münaqişələrə qədər minaların mülki əhali üçün əsas təhlükə olaraq qaldığı qeyd olunur. 

Bildirilib ki, Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının dəhşəti ilə müqayisə oluna bilər.

Belə ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazisində minalar basdırmaqda davam edib. Azərbaycan ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2700-dən çox piyada əleyhinə mina aşkar edilib.

Torpaqların kütləvi şəkildə minalanması Azərbaycan xalqınının həyatına və rifahına ciddi təhlükə yaradaraq uzun illərdir öz yurd-yuvasına qayıtmaq istəyən yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşmasına mane olur. Ümumiyyətlə, Ermənistanın yaratdığı mina problemi iki ölkə arasında münaqişənin həlli yolunda başlıca maneələrdəndir. 
Məqalədə müəllif özünün də iştirak etdiyi və cari ilin may ayında Ağdamda və Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin birgə təşkilatıçılıği ilə “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilmiş 2-ci beynəlxalq humanitar konfransın iştirakçılarının ANAMA əməkdaşları tərəfindən aparılan minatəmizləmə prosesi ilə tanış olduqlarını qeyd edib, habelə tədbirdə 50-dən çox ölkədən 190-a yaxın rəsmi şəxsin iştirak etdiyini diqqətə çatdırıb.

Bildirilib ki, minaların təhlükəsiz şəkildə çıxarılması onun istehsalından dəfələrlə baha başa gəlir və külli miqdarda vəsait tələb edir.

Azərbaycanda bir milyondan çox mina olduğunu nəzərə alsaq, rəsmi Bakının minalarla təkbaşına mübarizə aparması çox çətindir və bunun üçün beynəlxalq dəstək zəruridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO