Azərbaycanla Ermənistan arasında sülhün alternativi yoxdur - Rusiya baş nazirinin müavini 

Azərbaycanla Ermənistan arasında sülhün alternativi yoxdur - Rusiya baş nazirinin müavini 

Hazırda oxunan: Azərbaycanla Ermənistan arasında sülhün alternativi yoxdur - Rusiya baş nazirinin müavini 

142136

"Azərbaycanla Ermənistan arasında sülhün alternativi yoxdur. Lakin Ermənistan və Azərbaycan sərhədində hələ də toqquşmalar var, insanlar ölür, belə bir şəraitdə nəqliyyat əlaqələrinin açılması ilə bağlı danışıqlar aparmaq çətindir".

Bizim.Media "Sputnik Armenia" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində TASS-a müsahibəsində deyib.

"Sülhə nail olmağın ən yaxşı yolu insanların qarşılıqlı əlaqədə olması, ümumi yolun inşaası,  ticarətin və normal həyatın bərpa edilməsidir. Nəticədə köhnə narazılıqlar getdikcə arxa plana keçəcək", - deyə Overçuk Bakı ilə İrəvan arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair danışıqları şərh edərkən bildirib.

Kommunikasiyaların açılma müddətinə gəlincə, Rusiya baş nazirinin müavininin sözlərinə görə, hələlik bu sualın dəqiq cavabı yoxdur:

"Razılaşdıqdan və müvafiq sənəd imzalandıqdan sonra sovet dövründə mövcud olan, həm azərbaycanlıların, həm də ermənilərin istifadə etdiyi dəmir yolunun bərpasına başlamaq mümkün olacaq".

Overçukun sözlərinə görə, baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupunda unikal münasibətlər formatı formalaşıb.

"Eyni böyük ölkədən olmağımız, eyni dərsliklərlə oxumağımız, eyni filmlərə baxmağımız, eyni yumoru başa düşməyimiz və ortaq dil tapmağımız çox kömək edir. Bu, ümid yaradan və kömək edən qeyri-maddi dəyərdir”, - Overçuk bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO