Türkiyə təyyarəsində Britaniya vətəndaşı olan sərnişin öldü

Türkiyə təyyarəsində Britaniya vətəndaşı olan sərnişin öldü

Hazırda oxunan: Türkiyə təyyarəsində Britaniya vətəndaşı olan sərnişin öldü

142100

Türk Hava Yollarına (THY) məxsus Nyu-York-İstanbul reysi ilə uçan təyyarədə 62 yaşlı Böyük Britaniya vətəndaşı vəfat edib.

Bizim.Media “Haber Global” telekanalına istinadən xəbər verir ki, “Boeing 777-300” tipli təyyarə Nyu-Yorkun Con Kennedi Beynəlxalq Hava Limanından qalxıb.

Təyyarə Atlantik okeanını keçərkən sərnişinlərdən birinin vəziyyəti pisləşib. Ekipaj sərnişinə ilk yardımı göstərib. Pilotlar İrlandiyanın Şennon şəhərinə təcili eniş etmək qərarına gəliblər. Lakin sərnişinin öldüyü anlaşılandan sonra eniş ləğv edilib və uçuş davam etdirilib.
TK02 reysi İstanbul Hava Limanına eniş edib. Onu aeroportda təcili yardım və polis qrupları hazır vəziyyətdə gözləyib. Həyatını itirən sərnişinlə bağlı araşdırmanın aparılacağı, proses başa çatdıqdan sonra cənazənin ölkəsinə göndəriləcəyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO