Bir həftə əvvəl boşandığı həyat yoldaşı və qayınatasının qarşısını kəsən Mertcan Köse onlarla mübahisə etdikdən sonra hər ikisini tüfənglə güllələyərək qətlə yetirib.
Bizim.Media xəbər verir ki, hadisədən sonra yoxa çıxan Mertcan Köse hər yerdə axtarılarkən, hadisənin görüntüləri ortaya çıxıb.
Asayiş Şöbə Müdirliyi Cinayət Bürosu qrupları hadisədən sonra qaçan Mertcan Kösenin tutulması üçün xüsusi qrup yaradıb.
Bölgədəki bütün kamera qeydlərini araşdıran qruplar Kösenin gedə biləcəyi ünvanlara əməliyyat təşkil edib. Onun əlaqə saxlayıb gedə biləcəyi yerləri araşdıran polislər, Mertcan Kösenin tutulması istiqamətində işlərini davam etdirir.
Bizim.Media