Kürdəmirdə mişar daşı ilə dolu olan yük maşını aşdı - FOTO

Kürdəmirdə mişar daşı ilə dolu olan yük maşını aşdı - FOTO

Hazırda oxunan: Kürdəmirdə mişar daşı ilə dolu olan yük maşını aşdı - FOTO

141983

Kürdəmirdə ağır qəza baş verib.

Bizim.Media-nın Aran bürosunun məlumatına görə, hadisə səhər saat 05.00 radələrində Bakı-Qazax əsas magistral yolunun rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, mişar daşı ilə dolu olan 63 BC 323 nömrə nişanlı "KamAZ" markalı yük maşını həmin yolda hərəkətdə olarkən qəfildən  idarəetməni itirib.

Nəticədə sürücü, Kürdəmir rayon sakini, 39 yaşlı Məmmədov Rəşad Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.



Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO