Basketbol millilərimiz seçmə mərhələyə qələbə ilə BAŞLADILAR  

Basketbol millilərimiz seçmə mərhələyə qələbə ilə BAŞLADILAR  

Hazırda oxunan: Basketbol millilərimiz seçmə mərhələyə qələbə ilə BAŞLADILAR  

141971

3×3 basketbol üzrə Azərbaycan milliləri Kiprin Limassol şəhərində keçirilən Avropa Kubokunun seçmə mərhələsinə qələbə ilə start götürüblər.  

Bizim.Media xəbər verir ki, qadınlardan ibarət yığma açılış oyununda A qrupunda yer alan Malta seçməsini əlavə vaxtda 17:15 hesabı ilə məğlub edib.

Kişilərdən ibarət milli də Maltadan güclü olub – 20:14. Kişi basketbolçular qrupda növbəti matçlarını Bakı vaxtı ilə saat 16:50-də yerli Kiprə qarşı keçirəcəklər.

Bundan 50 dəqiqə sonra isə qadınlardan ibarət komanda İrlandiya ilə üz-üzə gələcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO