Ağsuda QƏZA - Xəsarət alanlar var

Ağsuda QƏZA - Xəsarət alanlar var

Hazırda oxunan: Ağsuda QƏZA - Xəsarət alanlar var

141942

Ağsuda xəsarətə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, “VAZ 2131” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. 

Hadisə nəticəsində Göyçay rayon İncə kənd sakini 1959 -cu il təvəllüdlü Mehdiyev Əkbər Ələkbər oğlu və Ağsu rayon sakini 1992-ci il təvəllüdlü Zərbəliyev Fuad Məmmədşah oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 
Həkimlər Göyçay rayon sakininin vəziyyətinin ağır olduğunu bildirirlər. 

Fakt araşdırılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO