Bakıda məşhur restoran bağlandı - FOTO

Bakıda məşhur restoran bağlandı - FOTO

Hazırda oxunan: Bakıda məşhur restoran bağlandı - FOTO

141916

Bakıda fəaliyyət göstərən əfsanəvi “Hard Rock Cafe” bağlanıb. 

Bizim.Media xəbər verir ki, kafe əməkdaşları İqtisadiyyat.az-a məlumatı təsdiqləyiblər. Lakin, obyektin bağlanmasının səbəbi məlum deyil: 

"Kafe sahibləri artıq Azərbaycanı tərk ediblər. Bundan sonra brend dəyişikliyi olacaq, kafe başqa adla fəaliyyət göstərəcək. Hələlik təmir və yenidənqurma işləri aparılır". 

Qeyd edək ki, “Hard Rock Cafe” kafe-barı ilk dəfə amerikalı Ayzek Tayqret və Piter Marton tərəfindən 1971-ci ildə Londonda, Rolls-Royce avtomağazasının yerləşdiyi məkanda yaradılıb.

2015-ci ilin iyul ayında dünyanın 50 ölkəsində 288-dən çox "Hard Rock Cafe"nin fəaliyyət göstərdiyi qeyd olunur. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO