Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycanın Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, 2022-ci il büdcəsinin icrası və Fondun 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə məsələlər ətraflı müzakirə edilib.
İclasda Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.
İclasın yekununda Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti və büdcəsinin icrasına dair hesabatlarının, 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə layihənin Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:56 / 17.06.2023
Neft Fondunun büdcəsində DƏYİŞİKLİK ediləcək – QƏRAR
Hazırda oxunan: Neft Fondunun büdcəsində DƏYİŞİKLİK ediləcək – QƏRAR
Hazırda oxunan: Neft Fondunun büdcəsində DƏYİŞİKLİK ediləcək – QƏRAR
141893
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.