Nazim Babayev Avropa Oyunlarında iştirak edə bilməyəcək

Nazim Babayev Avropa Oyunlarında iştirak edə bilməyəcək

Hazırda oxunan: Nazim Babayev Avropa Oyunlarında iştirak edə bilməyəcək

141826

Polşada keçiriləcək 3-cü Avropa Oyunlarında iştirak edəcək atletika üzrə milli komandamızın heyətində məcburi dəyişikliklər edilib. 

Bizim.Media xəbər verir ki, uzunluğa tullanma yarışlarında ölkəmizi təmsil etməli olan Nazim Babayev zədə səbəbindən mötəbər yarışa qatıla bilməyəcək.  

Babayev ötən həftə keçirilən əməkdar məşqçi Əfqan Səfərovun beynəlxalq memorialında zədələnib və müayinədən sonra atletimizin Avropa Oyunlarında çıxışı məqsədəuyğun hesab edilməyib. Bu yarışda Nazimi Kəsgin Abbaszadə əvəz edəcək. 
Xatırladaq ki, son ölkə çempionatında yalnız Nazim Babayevdən geri qalan Abbaszadə 7.83 metr göstərici ilə U 20 və U 23 Azərbaycan rekorduna sahib çıxmışdı. Əlhəm Nağıyev də eyni səbəbdən heyətdən kənarda qalıb. Polşada 100 və 200 metr məsafələrə qaçışda Aleksey Əliəkbərov  mübarizə aparacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO