Neftçalada ağır QƏZA: İki nəfər ölüb, 1 azyaşlı yaralanıb

Neftçalada ağır QƏZA: İki nəfər ölüb, 1 azyaşlı yaralanıb

Hazırda oxunan: Neftçalada ağır QƏZA: İki nəfər ölüb, 1 azyaşlı yaralanıb

141815

Neftçalada avtomobillə motosikletin toqquşması nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isə xəsarət alıb. 

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Həsənabad avtomobil yolunda qeydə alınıb.  

Belə ki, “Mercedes” markalı avtomobil motosikletlə toqquşub. Qəza nəticəsində Neftçala rayon sakinləri, 1968-ci il təvəllüdlü Hüseynov Tofiq İsgəndər oğlu və 1979-cu il təvəllüdlü Zeynalov Elnur İsa oğlu hadisə yerində ölüb.  
Müxtəlif dərəcəli xəsarətlər alan 2010-cu il təvəllüdlü Balaşov Bayram İntiqam oğlu isə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO