Brilliant:

Brilliant: "Həyat yoldaşımın həddindən artıq təmizkarlığı məni əsəbləşdirir" - VİDEO

Hazırda oxunan: Brilliant: "Həyat yoldaşımın həddindən artıq təmizkarlığı məni əsəbləşdirir" - VİDEO

141806

"Həyat yoldaşım Ədalət Hacıyevlə 1985-ci ildə tanış olub, 1988-cu ildə ailə qurmuşuq. Bizim bir-birimizə olan sevgimiz, dostluğumuz, ruh əkizi olmağımız olsa da, Ədalətin xasiyyətində elə xüsusiyyətlər var ki, onlara çox əsəbləşirəm. O həddindən artıq təmizkardır".  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.  

Sənətçi həyat yoldaşı Əməkdar incəsənət xadimi Ədalət Hacıyevin həddindən artıq təmizkar olmasından gileylənib:

"Əslində həddindən artıq sözünü sevmirəm. Çünki heç nə həddindən artıq olmur. Amma bu təmizkarlıq həddindən artıq olanda artıq mən susuram. Danışmıram, çünki artıq öyrəşmişəm bunlara. Deyir ki, Brilliant xanım, artıq belim ağrıyır. Evdə əşyaların yerlərini dəyişir. Özü də bundan yorulur, ustaları da çağırır. Evimiz muzey kimi təmizdir. Mən onların evlərinə gedəndə də elə idi. 

Ədalətin özü də anası da çox təmizkardır. Bəlkə də Ədalət başqa cür olsaydı, onunla yaşaya bilməzdim. Mən evdə siqaret çəkən, spirtli içki içən kişi ilə yaşaya bilməzdim. Bir sözlə, bağrım çatlayardı".  

B.Dadaşova bildirib ki, oğulları Cahada görə tez-tez həyat yoldaşı ilə mübahisələri düşür:

"Biz Ədalətlə oğlumuz Cahadın üstündə çox mübahisələr edirdik. O heç zaman Cahadı cəzalandırmırdı. Evdə bir mən pis olurdum. Cahadı yalnız mən cəzalandırırdım. Atası isə ona hər şeyi icazə verirdi. Ona görə mübahisələrimiz düşürdü".  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO