Vilnüs sammitində Ukraynanın NATO-ya üzvlüyə dəvət olunması müzakirə edilməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra keçirdiyi mətbuat konfransında məlumat verib.
Stoltenberq qeyd edib ki, sammitdə Ukraynanı NATO ilə yaxınlaşdırmağın yolları müzakirə ediləcək:
“Mən əminəm ki, bu istiqamətdə biz yaxşı həll yolları tapacağıq”.
O, həmçinin "Ukraynanın NATO üzvlərinə qoşulacağı" yeni Ukrayna-NATO Şurasının yaradılması üzərində iş aparıldığını açıqlayıb.
"Biz razılaşdıq ki, NATO-nun qapıları açıqdır və Ukrayna Alyansa üzv olacaq və bu, müttəfiqlərin və Ukraynanın qərarıdır. Rusiyanın isə bu qərarda veto hüququ yoxdur", - deyə Stoltenberq bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:04 / 16.06.2023
Stoltenberq: “Ukraynanı NATO ilə yaxınlaşdırmağın yollarını müzakirə edəcəyik”
Hazırda oxunan: Stoltenberq: “Ukraynanı NATO ilə yaxınlaşdırmağın yollarını müzakirə edəcəyik”
Hazırda oxunan: Stoltenberq: “Ukraynanı NATO ilə yaxınlaşdırmağın yollarını müzakirə edəcəyik”
141789
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.