BİZİM TƏQVİM: 16 iyunda dünya tarixində hansı mühüm olaylar baş verib?

BİZİM TƏQVİM: 16 iyunda dünya tarixində hansı mühüm olaylar baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: 16 iyunda dünya tarixində hansı mühüm olaylar baş verib?

141649

16 iyun 1206-cı ildə Şərqi Monqolustandakı Onon çayı sahillərində dünya tarixinin həlledici hadisələrindən biri baş verdi: orada monqol zadəganlarının təntənəli toplantısı keçirildi. Həmin qurultayda Teymurçin xaqan seçildi və Çingizxan ləqəbini qəbul etdi.

Bəs, iyunun 16-da dünyada daha hansı hadisələr baş verib?

1. Osmanlı sultanı Bəyazid 1389-cu il 16 iyunda haklimiyyətə gəldi.Yüksək sərkərdəlik məharətilə fərqlənən Bəyazidə sürətli hücumlarına görə İldırım ləqəbi verdilər. Türk dünyasının digər görkəmli şəxsiyyəti Əmir Teymurla döyüşdə Yıldırım Bəyazid ağır məğlubiyyətə uğrayaraq əsir düşüb və 42 yaşında vəfat edib (1360-1402).                                   

2. 16 iyun 1826-cı ildə Osmanlı sultanı II Mahmud Yeniçəri ocağını ləğv etdi. Vakai-Hayriye (xeyirli hadisə) adlanan Yeniçəri və digər qapıqulu ocaqlarının ortadan qaldırılması müasir Türkiyə tarixinin gerçək başlanğıcı oldu.

3. 16 iyun 1903-cü ildə Ford motor şirkəti yaradılıb.

4. 1918-ci ilin bu günü Tiflisdə yerləşən Azərbaycan hökuməti və Milli Şura müvəqqəti paytaxt elan olunan Gəncəyə köçdü.

5. 1919-cu ilin 16 iyununda Yörük Əli Efe və yoldaşları “Malqaç basqını” adı ilə Türkiyənin Aydın şəhərindəki yunan polis bölməsini ələ keçirdi. Bununla da bölgədə Yunanıstan hərbi qüvvələrinin irəliləməsi dayandırıldı. 

6.  1950-ci ilin bu günü futbol üzrə IV çempionatın final turnirinin başlanmasına bir ay qalmış Rio de Janeyroda stadionun açılışı oldu. “XX əsrin kolizeyi” sayılan bu 175 min yerlik qurğu uzun müddət dünyanın ən nəhəng stadionu sayılıb. İlk vaxtlar Bələdiyyə Stadionu, çox keçmədən isə yaxınlıqdan axan çayın adı ilə onu Marakana adlandırdılar.

7.  16 iyun 1950-ci ildə Türkiyə Böyük Millət Məclisi türkcələşdirilmiş azanın, əvvəllər olduğu kimi, ərəbcə oxunmasına dair qanunu qəbul etdi.

8.  1963-cü ilin 16 iyununda “Vostok 6” ilə dünya orbitinə çıxmaqla sovet kosmonavtı Valentina Tereşkova kosmosa gedən ilk qadın olaraq tarixə düşdü.  

9.  1964-cü il 16 iyunda amerikalı zənci haqqları öndəri Martın Luther Kinqə Nobel Sülh Mükafatı verildi.

10. 16 iyun 1976-cı ildə Cənubi Afrikanın Soveto (Soweto) qəsəbəsində "Afrikaans" adlandırılan ağ dərili azlıqların öz dillərini təhsilinə etiraz edən qara tələbələrə təhlükəsizlik qüvvələri tərəfindən atəş açıldı. Hadisə zamanı təxminən 600 tələbə həyatını itirdi.

11. 1992-ci ilin bu günündə Azərbaycan Respublikası ilə Rumıniya arasında diplomatik əlaqələr qurulub.

16 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1.  Azərbaycanın tanınmış maarif xadimi Həbib bəy Mahmudbəyov 1864-cü ilin bu günü anadan olub.

2.  Azərbaycanın tanınmış memarı Fuad Seyidzadə 1938-ci il 16 iyunda dünyaya gəlib. 

3.  1939-cu ilin bu günündə şair,ədəbiyyatşünas, filosof, ictimai xadim Rəfiq Zəka Xəndan anadan olub.

4.  16 iyun 1979-cu ildə Türkiyə kinosunun tanınmış aktyoru Ayhan İşık dünyadan köçüb. "Tacsız kral" adı ilə tanınan Ayhan İşık 200-ə yaxın filmdə baş rolda oynayıb. (1929-1979)

5.  1950-ci ilin bu günündə məşhur hind kinoaktyoru Mithun Çakroborti anadan olub. 

6.  Azərbaycanın Milli Qəhrəmanı Muxtar Musayev 1992-ci ilin 16 iyununda şəhid olub.

7.  Azərbaycanın Milli Qəhrəmanı Elburus Allahverdiyev 16 iyun 1993-cü ildə şəhidlik zirvəsinə yüksəlib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO