“Qəbələ” daha iki futbolçusu ilə müqaviləni yeniləyib.
Bizim.Media xəbər verir ki, Ülvi İsgəndərov və Kristof Atanqana növbəti iki mövsümdə də “qırmızı-qara” formanı geyinəcək.
Onlarla müqavilələrin müddəti 2025-ci ilin yayına qədər artırılıb. Ülvi komandanın heyətində 114 oyun keçirib. Onun hesabında 19 qol var. Atanqana “qırmızı-qara” forma ilə 15 matça çıxıb.
Xatırladaq ki, “Qəbələ” bunadək daha dörd futbolçusu - İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla anlaşmaları da yeniləyib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
13:36 / 15.06.2023
“Qəbələ” iki futbolçu ilə müqaviləni uzatdı
Hazırda oxunan: “Qəbələ” iki futbolçu ilə müqaviləni uzatdı
Hazırda oxunan: “Qəbələ” iki futbolçu ilə müqaviləni uzatdı
141575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.