Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 2 cavab görüşü keçiriləcək.
Bizim.Media xəbər verir ki, qarşılaşmalar İtaliya və Almaniyada təşkil olunacaq.
"Yuventus" Turindəki "Alyans" stadionunda Portuqaliya "Portu"sunu qəbul edəcək. Bu komandalar arasındakı ilk oyun "Portu"nun qələbəsi ilə yekunlaşıb - 2:1. İtaliya təmsilçisinə mərhələ adlamaq üçün minimal hesabla qalib gəlmək də yetərlidir.
"Yuventus"dan Danilo cəzalı, Rodriqo Bentankur və Paulo Dibala zədəlidir, tam sağalmayan Corco Kyellini və Arturun meydana çıxması sual altındadır. "Portu"da isə Şansel Mbemba-Manqulu oynamaya bilər. Görüş niderlandlı referi Byorn Keypersə həvalə olunub.
Digər matç Dortmunddakı "Siqnal İduna Park"da "Borussiya" ilə İspaniya "Sevilya"sı arasında olacaq.
Oyunu türkiyəli referi Cüneyt Çakır idarə edəcək. İlk görüşdə "Borussiya" 3:2 hesablı səfər qələbəsi qazandığı üçün növbəti mərhələyə vəsiqə baxımından daha şanslı görünür.
Komandaların heyətlərində cəzalı və zədəli futbolçu yoxdur.
9 mart
24:00. "Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya)
İlk oyun - 1:2
24:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya)
İlk oyun - 3:2
Qeyd edək ki, 1/8 final mərhələsinin daha 2 cavab görüşü 10 martda, qalan 4 matçı isə 16-17 martda olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:08 / 09.03.2021
1/4 finala vəsiqələrin sahibləri bəlli olacaq - Çempionlar Liqası
Hazırda oxunan: 1/4 finala vəsiqələrin sahibləri bəlli olacaq - Çempionlar Liqası
Hazırda oxunan: 1/4 finala vəsiqələrin sahibləri bəlli olacaq - Çempionlar Liqası
14156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.