Xəbər verdiyimiz kimi bu gün Laçına növbəti köç karvanı yola düşüb.
Bizim.Media xəbər verir ki, doğma yurd-yuvasına qayıdan 72 nəfər olmaqla daha 22 ailəyə evlərinin açarları təqdim olunub.
MÖVZU İLƏ BAĞLI:
Daha 22 ailə Laçına QAYITDI - FOTO
Açarlar Laçında “Bakı Abadlıq Xidməti”ndə sahiblərinə təqdim olunub.
Evlər tarixi memarlıq üslubu qorunmaqla müasir standartlara uyğun olaraq bərpa edilib. Orada sakinlərin yaşaması üçün bütün zəruri şərait yaradılıb.
Qeyd edək ki, köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib.
Xatırladaq ki, bundan əvvəl Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülüb.
Bizim.Media