Qəbələdə 1222 məzun üçün son zəng ÇALINIB - FOTO 

Qəbələdə 1222 məzun üçün son zəng ÇALINIB - FOTO 

Hazırda oxunan: Qəbələdə 1222 məzun üçün son zəng ÇALINIB - FOTO 

141473

Qəbələ rayonunun ümumtəhsil məktəblərində “Məzun günü”nə həsr edilmiş tədbirlər keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu il XI-ci sinfi bitirən 1222 nəfər məzun üçün məktəb həyatının son, müstəqil həyatın ilk zəngi çalınıb.  

Bayram tədbirlərində rayon təhsil sektorunun nümayəndələri, müəllimlər, valideynlər, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və müharibə iştirakçıları iştirak edib.  

Tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsil sahəsində həyata keçirilən uğurlu siyasətdən söz açıb.  
Çıxış edənlər məzunları, onların müəllim və valideynlərini əlamətdar gün münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb.  








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO