Ermənistanda əsir saxlanılan hərbçimizin VİDEOSU 

Ermənistanda əsir saxlanılan hərbçimizin VİDEOSU 

Hazırda oxunan: Ermənistanda əsir saxlanılan hərbçimizin VİDEOSU 

141465

Xəbər verdiyimiz kimi, Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Bəbirov Aqşin Qabil oğlu ailəsi ilə əlaqə saxlayıb. 

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, videozəng Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə baş tutub.

Əsir Aqşin Bəbirovun ailəsi ilə telefon danışığının videogörüntülərini təqdim edirik: 

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bir neçə gün öncə keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO