\

\"Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı TƏSİS EDİLDİ  

Hazırda oxunan: \"Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı TƏSİS EDİLDİ  

141436

"Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı təsis edilib. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı haqqında Əsasnaməni imzalayıb. 

“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər: 

1.1.1. minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə; 

1.1.2. minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə; 

1.1.3. minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə. 

“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO