Əməkdar jurnalist 12-ci dəfə əməliyyat OLUNDU - FOTO

Əməkdar jurnalist 12-ci dəfə əməliyyat OLUNDU - FOTO

Hazırda oxunan: Əməkdar jurnalist 12-ci dəfə əməliyyat OLUNDU - FOTO

141416

Əməkdar jurnalist 12-ci dəfə cərrahiyyə əməliyyatı olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, respublikanın əməkdar jurnalisti, "Azərbaycan Bayrağı" ordenli Qarabağ qazisi Baxşeyiş Hətəmovun səhhətində yaranan problem səbəbindən növbəti dəfə cərrahi əməliyyat olunub.

Həkimlər əməliyyatın uğurlu keçdiyini, sayca 12-ci əməliyyatı olan qazinin həyatı təhlükəsinin olmadığı bildiriblər. 

Xatırladaq ki, Baxşeyiş Abbasoğlu imzası ilə tanınan B.Hətəmov "Ağdam" qəzetinin baş redaktorudur. Ondan çox kitab müəllifi olan jurnalist, Qarabağ müharibəsinin ilk illərində qələmini silaha dəyişib Vətənin müdafiəsinə qalxıb. Hərbi əməliyyatların birində silahdaşları ilə minaya düşərək ölümcül yaralanıb. Döyüşlərdə göstərdiyi şücaətlərə görə Hətəmov Baxşeyiş Abbas oğlu Heydər Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO