Naxçıvanda 102 qadına sərmayə kapitalı verildi

Naxçıvanda 102 qadına sərmayə kapitalı verildi

Hazırda oxunan: Naxçıvanda 102 qadına sərmayə kapitalı verildi

14134

Naxçıvan Muxtar Respublikasında qadınların özünüməşğulluqlarının artırılması, eyni zamanda, mikrosahibkarlıq fəaliyyətlərinin genişləndirilməsi üçün qrant layihələr həyata keçirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən bildirilib.

 

MÖVZU İLƏ BAĞLI:

İran səfirliyindən Azərbaycan xanımlarına 8 Mart təbriki 


Qeyd olunub ki, 2019-cu və 2020-ci illərdə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “genderə həssas dayanıqlı İnkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqrama əsasən Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi və “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi çərçivəsində qadınların maliyyə savadlılığının artırılması üçün təlimlər təşkil olunub, 102 qadına 69 min 250 manat məbləğində sərmayə kapitalı verilib.

Həmçinin, aztəminatlı və sağlamlıq imkanları məhdud olan qadınların peşə kurslarına cəlb olunmaları üçün tədbirlər görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO