Biləsuvarın heyvan bazarında UCUZLAŞMA - Satıcılar narazıdır 

Biləsuvarın heyvan bazarında UCUZLAŞMA - Satıcılar narazıdır 

Hazırda oxunan: Biləsuvarın heyvan bazarında UCUZLAŞMA - Satıcılar narazıdır 

141118

Biləsuvar rayonunun heyvan bazarında mal-qara ucuzlaşıb.  

Bu barədə Bizim.Media-nın Cənub bürosuna satıcılar məlumat verib.  

Onların sözlərinə görə, rayonun heyvan bazarında ucuzlaşma müşahidə edilir:  

"Biləsuvar bazarında qiymətlərin düşməsi alveri də canlandırıb. İri və xırdabuynuzlu heyvanlar ucuzlaşıb. Heyvanların diri çəki qiymətində hər kq. üzrə bir-iki manat ucuzlaşma var".

Satıcıların sözlərinə görə, qiymətlərin ucuzlaşması satışa da təsir edib. Onlar mal-qaranın ucuzlaşmasını bazarda heyvanın bol olması ilə əlaqələndirirlər.  

Mal-qara ucuzlaşmasını ekspertlər müvəqqəti hesab edirlər. Onların sözlərinə görə, hazırda ot və taxıl biçini bol olduğu üçün belə bir vəziyyət yaranıb. Amma bu müvəqqəti haldır, gələcəkdə qiymətlər yenidən qalxacaq.  

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO