Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun məzarı ZİYARƏT EDİLİB - FOTO

Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun məzarı ZİYARƏT EDİLİB - FOTO

Hazırda oxunan: Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun məzarı ZİYARƏT EDİLİB - FOTO

141111

Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun həlak olduğu günlə əlaqədar olaraq onun bir qrup silahdaşı işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfər zamanı Ağdamda A.Bağırovun məzarı ziyarət edilib.  

Təkcə Xocalıda min nəfərdən çox əsiri xilas edən qəhrəmanın xatirələri onun döyüş yoldaşları tərəfindən ehtiramla yad edilib. Səfər iştirakçıları həmçinin digər silahdaşları, Müşfiq Abbasovun da məzarını ziyarət edib, bütün şəhidlərin xatirəsini sayğı duruşu ilə yad ediblər.  

Qeyd edək ki, Bağırov Allahverdi Teymur oğlu 22 aprel 1946-cı ildə Ağdamda anadan olub. A.Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik edib. 

1991-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun rəhbərliyi altında yaradılıb.  

Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində A. Bağırovun böyük xidmətləri olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonundan 300 nəfər həlak olub. Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib.  

Bu əməliyyatdan iki gün sonra iyunun 14-də Ağdama çağırılan Allahverdi Bağırovun maşını Naxçıvanlıdan geri qayıdarkən minaya düşüb. 

Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il fərmanı ilə Allahverdi Bağırov “Qızıl Ulduz” medalı ilə təltif olunub. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO