Bakıda bayrağımıza qarşı HÖRMƏTSİZLİK – Suraxanı İcra Hakimiyyəti hara BAXIR? – VİDEO 

Bakıda bayrağımıza qarşı HÖRMƏTSİZLİK – Suraxanı İcra Hakimiyyəti hara BAXIR? – VİDEO 

Hazırda oxunan: Bakıda bayrağımıza qarşı HÖRMƏTSİZLİK – Suraxanı İcra Hakimiyyəti hara BAXIR? – VİDEO 

141054

Bakıda yaşayış binasının üzərində dalğalanan üçrəngli bayrağımıza qarşı hörmətsizlik olunub.

Belə ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən ikimərtəbəli yataqxananın binasının üstündə ucaldılan dövlət bayrağımızın bir hissəsi qopmuş vəziyyətdə asılıb. Bu vəziyyət görənlərin narazılığına səbəb olub. 

Görüntüləri Hövsan sakini Səbinə Mürsəlova lentə alıb. 

Bizim.Media-ya görüntüləri təqdim edən Səbinə Mürsəlovanın sözlərinə görə  bayraq binanın üzərinə ikinci Vətən müharibəsi zamanı həmin yataqxanaya şəhid nəşi gələndə sancılmışdı.

Üzərindən 3 ilə yaxın müddət keçsə də, nə qəsəbə bələdiyyəsi, nə də Suraxanı Rayon İcra Hakimiyyəti bu biabırçılığa diqqət edib. 

Dövlət bayrağımızın biabırçı görüntülərini təqdim edirik:
 


Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO