“Fənərbağça” Türkiyə kubokunun 7 qat qalibi oldu

“Fənərbağça” Türkiyə kubokunun 7 qat qalibi oldu

Hazırda oxunan: “Fənərbağça” Türkiyə kubokunun 7 qat qalibi oldu

140951

“Fənərbağça” Türkiyə Kubokunun finalında “İstanbul Başakşehir”ə qalib gəlib.

Bizim.Media xəbər verir ki, İzmirdə keçirilən oyun “Fənərbağça”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Final oyununun qəhrəmanı dubla imza atan Mişi Batşuayi olub. Belçikalı hücumçu 18 yaşlı Arda Gülərin ötürməsi ilə artıq matçın ilk dəqiqəsində ilk qolu vurub. Qarşılaşmanın 29-cu dəqiqəsində Batşuayi komandasının hesabdakı üstünlüyünü ikiqat artırıb. Beləliklə, “Fənərbağça” tarixində 7-ci Türkiyə Kubokunu qazanıb.

“Fənərbağça” kuboku daha əvvəl 2012/2013-cü il mövsümündə qazanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO