Türk Hava Yolları təyyarəsində 11 yaşlı uşaq öldü

Türk Hava Yolları təyyarəsində 11 yaşlı uşaq öldü

Hazırda oxunan: Türk Hava Yolları təyyarəsində 11 yaşlı uşaq öldü

140948

Türk Hava Yollarının İstanbul-Nyu-York reysi ilə uçan təyyarədə 11 yaşlı əlil uşaq ölüb.

Bizim.Media “Haber Global” telekanalına istinadən xəbər verir ki,  “Airbus 330” tipli təyyarə İstanbul Hava Limanından 287 sərnişinlə havaya qalxıb.

Havaya qalxdıqdan az sonra sərnişinlərdən biri olan ABŞ ailəsinin 11 yaşlı əlil uşağının halı pisləşib. Kabin heyəti sərnişinə ilkin tibbi yardım göstərərkən, sərnişinlər arasında olan həkim vəziyyəti getdikcə pisləşən amerikalı oğlana ürək masajı edib.
Təyyarənin ekipajı Budapeştə təcili eniş etmək qərarına gəlib. Lakin edilən bütün müdaxilələrə baxmayaraq sərnişini xilas etmək mümkün olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO