Tokayev meşə yanğını baş verən əraziyə GƏLDİ - FOTO/VİDEO

Tokayev meşə yanğını baş verən əraziyə GƏLDİ - FOTO/VİDEO

Hazırda oxunan: Tokayev meşə yanğını baş verən əraziyə GƏLDİ - FOTO/VİDEO

140905

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Abay vilayətində baş verən meşə yanğını ərazisinə baxış keçirib.

Bizim.Media Qazaxıstan KİV-lərənə istinadən xəbər verir ki, Tokayev ərazidə aparılan işləri havadan izləyib və səlahiyyətli şəxslərdən məlumat alıb.

Yanğında həyatını itirən 14 meşə işçisinin ailələrinə başsağlığı verən Tokayev 12 iyunun ölkədə ümummilli matəm günü elan edildiyini açıqlayıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, 5 nöqtədə yanğınsöndürmə və soyutma işləri davam edir. Qısa müddətdə 60 min hektar sahəyə yayılan yanğının söndürülməsinə mindən çox canlı qüvvə, 250 ədəd texnika və 11 helikopter cəlb olunub.
Qeyd edək ki, Qazaxıstan Prezidenti iki gündür davam edən böyük meşə yanğınları fonunda fövqəladə hallar nazirini vəzifəsindən azad edib. Dövlət başçısı Vyetnama iyunun 11-13-nə planlaşdırılan səfərini təxirə salıb.
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO