Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əhatə dairəsində olan məktəblərin şagirdləri məntiq olimpiadasında uğurlu nəticə göstəriblər.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilir ki, Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin final mərhələsində bölgə məktəbliləri əvvəlki illər kimi yenə uğurla çıxış edərək yüksək nəticələr qazanıblar.
Belə ki, bu ilki bilik yarışlarının nəticələrinə əsasən şagirdlərdən 3-ü qızıl, 6-sı gümüş, 9-u isə bürünc medal qazanıb.
Qeyd edilib ki, ki, yaxın günlərdə məktəblilərlə görüş keçiriləcək və onlar mükafatlandırılacaq.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
![Bu şagirdlər məntiq olimpiadasında uğurlu nəticə göstərdilər Bu şagirdlər məntiq olimpiadasında uğurlu nəticə göstərdilər](https://bizim.media/file/articles/2023/06/11/1686479492_3.jpg)
- A-
- A
- A+
Cəmiyyət
14:24 / 11.06.2023
Bu şagirdlər məntiq olimpiadasında uğurlu nəticə göstərdilər
Hazırda oxunan: Bu şagirdlər məntiq olimpiadasında uğurlu nəticə göstərdilər
Hazırda oxunan: Bu şagirdlər məntiq olimpiadasında uğurlu nəticə göstərdilər
140882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.